Müəllimlər kurikulumla bağlı narazılıq etdilər

20 İyun 2014 13:58 (UTC+04:00)
Bu gün Şəkidə Fənn kurikulumunun tətbiqi -müvəffəqiyyət və perespektivlər movzusunda tədbir keçirilib. Movqe.az xəbər verir ki, tədbirdə çıxış edən müəllimlər bildriblər ki, kurikulumun meyarlarına uyğun dərsliklərin hazırlanmasında problemlər var. Daha sonra müəllimlər bildiriblər ki, kurikulumun tətbiqi istiqamətində təlimlər nəzəri aparılır. Müəllimlər bu təlimin praktiki aparılmasını məqsədəuyğun hesab etdiklərini söyləyiblər. Bəzi müəllimlər isə bu təlimlərin davamlı olmasına zərurət duyduqlarını söylədi. 

Müzakirələr fasilədən sonra davam etdiriləcək.