Polis Sarkozinin evinə basqın edib

4 İyul 2012 13:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, özünün Prezident kürsüsünü itirdikdən sonra toxunulmazlığını da itirən Nikola Sarkozi həyat yoldaşı Karla ilə Kanadaya səfər edib. Bu vaxt onun evi və bürosuna maliyyə şöbəsinin polisləri tərəfindən basqın edilib. Hazırda Bordo hakimliyi Sarkozinin 2007-ci ildəki seçki kampaniyası əsnasında kosmetik nəhəngi hesab olunan "Loreal"ın müdiri Liliane Bettenkourtdan maliyyə yardımı aldığını iddia edən 2 şahidin ifadəsilə bağlı dəlilləri araşdırır. Basqından sonra hadisə yerinə gələn Sarkozinin vəkili Sieriy Herzoq müvəkkilinin ailəliklə tətilə çıxdığını bildirib. Vəkil Sarkozinin bütün ziyarətlərinə mühafizəçilərinin şahid olduğunu da əlavə edib.