Zakir Qaralov vətəndaşları qəbul edib

20 İyun 2014 17:11 (UTC+04:00)

Müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həllini tapıb

Baş prokuror Zakir Qaralov Gəncə şəhərində vətəndaşları qəbul edib.


Baş prokurorluqdan Anspress-ə verilən məlumata görə, Zakir Qaralov Gəncədə Göygöl, Samux, Daşkəsən, Xocalı, Goranboy və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.


Qəbulda Baş prokuror bölgədə yaşayan 100-dən artıq vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.


Vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.