"Çalıquşu"nun Fəridəsi məzun oldu

20 İyun 2014 18:01 (UTC+04:00)

Bu il "Boğaziçi" universitetinin tarix fakültəsini bitirən Fahriyə Evcen məzuniyyət sənədini sosial mediada yayımlayıb. Mövqe.az xəbər verir ki, F.Evcen, fotoşəkilin altına belə qeyd edib: "Üniversitetlə bütün əlaqəmkəsildi. Sevinəkmi, kədərlənəkmi bilmirəm. Təbii ki, təhsil həyatda insanlıq üçün hər şey demək deyil. Amma bilirəm ki, həyatımızın çox əhəmiyyətli bir parçasıdır. Təhsil mövzusunda özümü hazırda tamamlanmış saymıram. Öyrənmənin sərhədi və də sonu yoxdur. Bunun uzun bir səfər olduğunu çox hörmət etdiyim universitet müəllimlərim sayəsində gördüm. Ümid edirəm ki, müəllimlərimin məlumat okeanına layiq bir şagird ola bilmişəm".