"Leysan yağışları səbəbindən köhnə körpünün dayaqları yararsız vəziyyətə düşmüşdü və SC-nin həyata keçirdiyi sınaq işləri nəticəsində onun qəza vəziyyətində olması haqqında rəy verildi. Bununla əlaqədar yeni müasir körpünün tikintisi haqqında qərar qəbul edildi", - SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Körpünün uzunluğu 96 metr, gediş hissəsinin eni 10 metrdir, körpünün hər iki tərəfində piyadalar üçün səki var. Səkinin eni 1,5 metrdir. Körpünün beş aşırımı mövcuddur.
Türkan Nadirqızı
Movqe.Az