“Titanik”də gizli narkotika keyfi (FOTO)
21 İyun 2014 10:23 (UTC+04:00)
1997-ci ildə ekranlara çıxan və kassa rekordları
qıran "Titanik" filmi haqqında maraqlı yeni məlumatlar ortaya
çıxıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Ceyms Kameronun rejissorluğu ilə çəkilən "Oskar" mükafatlı filmin
çəkilişlərinin son gecəsində bir neçə qrup adama paylanan
yeməklərin içinə zarafatla narkotik qarışdırılıb. Həmin gecə 80
adam hallisünasiya diaqnozu ilə xəstəxanaya
qaldırılıb.
Həmçinin filmi çəkən şirkət Jak rolunu Mathey Mak
Konauheyin oynamasını istəyib. Ancaq Jeyms Kameron Leonardo Di
Laprionun oynaması üçün israr edib.
Qloria Stuart filmin çəkilişi əsnasında 1912-ci
ildə reallaşan qəzadan qalan tək yaşayan adam idi. 87 yaşında
"Oskar" mükafatlandırılmasında ən yaxşı köməkçi qadın oyunçu roluna
nominant olması ilə "Oskar" tarixinin ən yaşlı namizədi
olub.