Sumqayıtda ölümlə nəticələnən ağır qəza

21 İyun 2014 17:11 (UTC+04:00)
Bakı-Quba yolunun 51-ci kilometrliyində, yolun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Movqe.az FHN-nin saytına istinadən xəbər verir ki, hadisə "Hyundai" markalı minik maşını ilə "Kamaz" markalı yük avtomobilinin toqquşması nəticəsində meydana gəlib. 

Hadisə yerin dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü hadisə yerində ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. 

Xilasedicilər sürücünün cəsədini müvafiq qaydada nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. 

Əməliyyat saat 07:30-da başa çatıb.