Cəbhədə vəziyyət gərgindir
21 İyun 2014 17:14 (UTC+04:00)
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində
atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.
Movqe.az xəbər verir ki , Müdafiə Nazirliyinin
mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri
dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli,
Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam
rayonunun Şuraabad, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu,
Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin
mövqelərini atəşə tutublar.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.