Bakıda tələbə qız Somalidə yaşananlara dözməyib özünü öldürmək istədi

21 İyun 2014 19:12 (UTC+04:00)
Bakıda 20 yaşlı qız intihara cəhd edib.Movqe.az  APA-ya istinadən xəbər verir ki , Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Hidayətzadə küçəsi 37 a, mənzil 46 da qeydə alınıb.

Bakı şəhər sakini, Bakı Dövlət Sosial İqtisad Kollecinin tələbəsi, 1994-cü il təvəllüdlü Günel Həsənova yaşadığı binanın 11-ci mərtəbəsinə çıxaraq özünü atmaq istəyib.

G.Həsənova hadisə yerində olan polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən fikrindən daşındırılıb.

Polisdən G. Həsənovanın Somalidə insanlara qarşı olan rəftara, onların aclıqdan əziyyət çəkmələrinə etiraz olaraq intihar etmək istədiyi bildirilib.