ABŞ Dağlıq Qarabağa milyonlar ayırır
21 İyun 2014 20:12 (UTC+04:00)
ABŞ Senatının təsisatlar üzrə komitəsi qondarma
Dağlıq Qarabağ respublikasına və Ermənistana yardım paketini
təsdiqləyib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, ABŞ
Senatında səverməyə çıxarılan 2015-ci ildə xarici ölkələrə maliyyə
yardımının ayrılması barədə qanun layihəsinin 25 nəfər lehinə, 5
nəfər isə əleyhinə səs verib.
Komitə ABŞ-ın bir sıra ölkələrə, eləcə də Cənubi
Qafqaz ölkələrinə ayırdığı maliyyə yardımının həcmi açıqlanmır.
Lakin ermənipərəst senatorlar qondarma Dağlıq Qarabağ
respublikasına 5 milyon ABŞ dolları dəyərində maliyyə yardımının
ayrılmasını tələb ediblər.
Komitənin təsdiqlədiyi qanun layihəsi ABŞ
senatında ümumi səsverməyə çıxarılacaq. Layihə qəbul olunarsa, ABŞ
prezidenti onu imzalayacaq.