Bakıda bank kartı oğurlandı

21 İyun 2014 20:14 (UTC+04:00)
Buzovna qəsəbə sakini Mürsəl Kazımova məxsus Beynəlxalq banka aid təqaüd kartı oğurlayan şəxs həbs olunub. 

Movqe.az xəbər verir ki , Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən  verilən məlumata görə, saxlanılan şəxs Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Samir Paşayevdir.


O, şəhər sakini M.Kazımova məxsus bank kartından Səbail rayonu ərazisində hesabından 194 manat çıxarıb.

Cinayətkarı Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlayaraq, istintaqa cəlb ediblər.