"Facebook" üzr istədi
21 İyun 2014 22:00 (UTC+04:00)
Bir neçə gün əvvəl "Facebook" sosial şəbəkəsində
yaranan bir neçə dəqiqəlik problem şirkətə 500 min dollara başa
gəlib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
"Forbes" jurnalı hesablama nəticəsində ziyanın dəqiq məbləğini
müəyyənləşdirib.
Qeyd edək ki, "Facebook" 19 iyunda saat 13:00-da
çökmüşdü. "Facebook"un ümumi auditoriyası 1,3 milyard insandır.
Sosial şəbəkəyə gündəlik 800 milyon insan daxil
olur.
"Texniki problem səbəbindən istifadəçilər qısa
zaman ərzində sosial şəbəkəyə daxil ola bilmədilər. Biz qısa zaman
ərzində problemi aradan qaldırdıq. Narahatlığa görə hər kəsdən üzr
istəyirik", - deyə "Facebook"un mətbuat xidmətindən
bildiriblib.