Kreyq Devid Bakıda (FOTO)

22 İyun 2014 10:15 (UTC+04:00)
Məşhur britaniyalı müğənni EMİN-lə eyni səhnəni bölüşüblər.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Kreyq Devid və Eminin birgə konserti ötən gün "Sea Breeze" otelində baş tutub.

Onlar səhnəyə çıxana qədər qonaqlar üçün Beatheaven və DJ Shock & DJ Tim çıxış ediblər.

Ötən gün Bakıya gələn K.Devid sosial şəbəkədə paytaxtımız haqqında təəssüratlarını da yazmağı unutmayıb.

Yenidən burada olduğu üçün özünü yaxşı hiss etdiyini bildirən müğənni, Bakıya gələn kimi Azərbaycan çayı daddığını qeyd edib. 

Xatırladaq ki, məşhur müğənni Bakıya növbəti gəlişindən öncə bakılı pərəstişkarları üçün video müraciət yazaraq, hamını konsertə dəvət etmişdi.