Möhtəşəm səhnə şouları, rəqsləri və geyimləri ilə
fərqlənən amerikalı müğənni Beyons bu dəfə kişilərin diqqətini
başqa cür çəkib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
ABŞ-dakı rəqs məktəblərindən birinin kişi üzvləri müğənni Beyons
kimi geyinərək rəqs nömrələrini də ona oxşar şəkildə təqdim
ediblər. 3 kişidən ibarət rəqqaslar kənardakı rəqs yoldaşlarının
alqışları ilə daha da həvəsləniblər. Rəqqasların göstərdiyi rəqs
şousu sosial şəbəkələrdə də yayılıb.
Onların bu rəqsi internet istifadəçisi olan
kişilər tərəfindən birmənalı qarşılanmasa da, normal qəbul edənlər
də olub.