102 yaşlı qatil tarixə düşdü (FOTO)
22 İyun 2014 12:07 (UTC+04:00)
Yaşının çox olmasına baxmayaraq dəhşətli cinayət
törədən 102 yaşlı nənə ABŞ hüquq tarixinə
düşüb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki ,
ABŞ-da qocalar evində qalan 102 yaşlı Laura Landkvist ölkədə ən
yaşlı qatil olaraq tarixə düşüb. O, 100 yaşlı otaq yoldaşını
öldürməklə günahlandırılır. O, öldürdüyü şəxslə tez-tez mübahisə
etdiyi üçün başına plastik paket keçirərək
boğub.
Onun əməli hüququ tərəfindən təsdiqlənsə də,
yaşının çox olmasi ilə əlaqədar olaraq həbs edilməyib. Bu isə qarşı
tərəfin ailəsinin şikayətinə səbəb olub.