Alman futbolçu Ronaldoya rəqib oldu

22 İyun 2014 12:11 (UTC+04:00)
Almaniya-Qana qarşılaşmasında Asamoa Qyan ilə Miroslav Kloze rekorda imza atıblar. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, hesab 1:1 olarkən Qananı önə çıxaran Qyan atdığı qolla DÇ-da ən çox qol vuran afrikalı futbolçu Rocer Millanın rekorduna şərik olub.

İkinci hissədə oyuna girən Miroslav Kloze Almaniyanın bərabərlik qolunu vurub. Beləliklə, Polşa əslli alman oyunçu 15 qolla Dünya Çempionatlarında ən çox qol vuran Ronaldonun rekordunu təzələyib. 

Miroslav Kloze eyni zamanda DÇ-da qol vuran ən yaşlı alman futbolçu olub. Kloze həmçinin, Pele və Silerdən sonra dörd DÇ-da qol vuran 3-cü şəxs olub.