Əhalinin gəlirləri artıb

22 İyun 2014 13:18 (UTC+04:00)
Bu ilin yanvar-may aylarında əhalinin hər nəfərinə düşən gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq, 1603,9 manat və ya ayda orta hesabla 320,8 manat təşkil edib.

Movqe.az xəbər verir ki ,Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 15 milyard manatlıq gəlirin 70,3 faizi son istehlak xərclərinə, 11,5 faizi vergilərin, kreditlər üzrə faizlərin, sosial sığorta və üzvlük haqlarının ödənilməsinə sərf edilib, 18,2 faizi isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirləri 13,7 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 4,6 faiz artıb.