Ucarda 5 yaşlı uşaq ərik çərəzindən ölüb

22 İyun 2014 17:00 (UTC+04:00)
Ucarda 5 yaşlı uşaq ərik çərəzi yeyərək dünyasını dəyişib. Bu haqda Ucar Mərkəzi Rayon Xəstəxanasından xəbər verilib.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Bağman kəndində baş verib. 

Bağman kənd sakini nəvəsi 5 yaşlı Abdullayev Əşrəf Emin oğlunu ağır vəziyyətdə xəstəxanaya gətirib. Xəstəyə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, Ə. Abdullayev dünyasını dəyişib. Mərhumun babasının dediyinə görə, o ərik çərəzini sındırıb yedikdən sonra vəziyyəti pisləşib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.