Ərdoğanla Olland Qarabağı müzakirə etdilər
22 İyun 2014 20:22 (UTC+04:00)
Fransada səfərdə olan Türkiyə baş naziri Rəcəb
Tayyib Ərdoğan ölkə prezidenti Frasua Ollandla
görüşüb.
Movqe.az ANS PRESS-ə
istinadən xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli
tərəflər arasında əsas müzakirə mövzularından birini təşkil
edib.
Olland və Ərdoğan Dağlıq Qarabağ münqişəsinin
həlli istiqamətində görülən işlərdən söhbət
açıblar.
Liderlərin daha sonra Tanap lahiyəsinin önəmindən
də söhbət açıblar.
Görüş zamanı Ərdoğan və Olland Krım böhranı,
Ukrayna, İraq və Suriyadakı mövcud vəziyyətləri müzakirə
ediblər.