23 İyun 2014 11:00 (UTC+04:00)
 Gənc yazar, "Qızıl qələm" media mükafatı laureatı Orxan Bahadırsoy "Günahdır səni sevmək" adlı yeni kitabının təqdimatını və imza gününü keçirib. ........az-ın məlumatına görə, 2012-ci ildə "Fahişə mələklər" romanından sonra, müəllifin sayca ikinci kitabı olan "Günahdır səni sevmək" romanı bir yasaq məhəbbət hekayəsindən bəhs edir. Roman düşüncəsi, rəftarı, bilik və bacarıqları, istedadı ilə ətrafındakılardan fərqlənən İlyas və Mövlanın sevgisindən bəhs edir. İlyas özünün homoseksual olduğunu anlayanda psixoloq olacağına qərar verir. Dərin biliyi ilə universitetə qəbul olunmağı bacarır və burada bir qəfil məhəbbət onu öz ağuşuna alır. İlyas özü ilə eyni qrupda oxuyan Mövlana aşiq olur. Çox çətinliklə öz sevdiyi şəxsə məhəbbətini etiraf edib, zaman –zaman onun sevgisini qazanmağıda bacarır. Lakin, bu məhəbbətin qarşısında duran böyük əngəllər hər iki aşiqin dərin hüznünə çevrilir. Eynicinsli münasibətlərin günah, yasaq, əxalaqa və dəyərlərə zidd hesab olunduğu bir cəmiyyətdə bir-biri ilə aşkara eşq yaşayan iki gəncin sevgisi romanın əsas süjet xəttidir. Lakin, burada qəhrəmanların homoseksualların cəmiyyətdəki azadlığı uğrunda mübarizə yoluna qoşulması, bu eşq-məhəbbət və mübarizənin fonunda ölkədəki transseksualların, geylərin də həyatı və aqibəti yer alır. Qeyd edək ki, ilin sonlarına doğru müəllif "Fahişə mələklər" romanının ikinci nəşri, "Xəstə məhəbbət və ya Ölümcül seks" romanı ilə oxucularını sevindirəcək.