Brilliant Dadaşova avropalı rejissora üz tutdu

23 İyun 2014 12:30 (UTC+04:00)

Xalq artisti Brilliant Dadaşova və gənc müğənni Yaşar Yusub ifa etdikləri bəstəkar Tural Bayraməliyevin mahnılarına klip çəkdirməyə hazırlaşırlar.

Movqe.az-ın məlumatına görə, Türkiyədə aranjeman olunan və sözlərinin müəllifi də özünə aid olan bəstəkar T.Bayraməliyevin "Səndən sonra" adlı mahnısını Brilliant Dadaşova və "Tənha yaşa" adlı mahnısını Yaşar Yusub ifa ediblər.

Y.Yusubun mahnısı artiq yerli radio dalğalarında səslənir. Brilliantın mahnısı isə Londonda masterinq olunur.

Hər 2 mahnıya xaricdə klip çəkiləcək: B.Dadaşovanın mahnısına avropalı rejissor, Y.Yusubun mahnısına isə tanınmış rejissor Nail Naiboğlu Gürcüstanda klip çəkəcək.

Onu da qeyd edək ki, Tural Bayraməliyevin mahnılarını bu günə kimi Aygün Kazımova, Abbas Bağırov, Nadir Qafarzadə, Samir Piriyev ifa ediblər.

Həmçinin, T.Bayraməliyev "Zirvədəkilər-2014" layihəsinin mükafatını qazanıb. O, mükafata Nadir Qafarzadənin ifasındakı "Xainsən" mahnısına görə layiq görülüb.