Şair müğənnini bağa çağırdı - FOTOLAR

23 İyun 2014 16:09 (UTC+04:00)

Tanınmış nəğməkar-şair Baba Vəziroğlu ilə müğənni   Yaşar Cəlilovun əməkdaşlığı ailə dostluğuna çevrilib. Mövqe.az-ın məlumatına görə, ötən gün Y.  Cəlilov şairi ailəsi ilə Mərdəkandakı bağ evinə qonaq dəvət edib. Hər iki ailə birlikdə maraqlı bazar  günü istirahəti keçiriblər. 

Əməkdaşlığa vəsilə olan teleaparıcı, Y.  Cəlilovun prodüseri Vüsalə Kərimova şairlə müğənninin əməkdaşlığının daha bir mahnı ilə davam edəcəyini bildirib.

Xatıraladaq ki, Y. Cəlilov sözləri B. Vəziroğlu, musiqisi Kamala (Kəmaləddin Heydərov) məxsus "Ulduzlu gecə" mahnısını ifa edib. Mahnı qısa zamanda dinləyicilər tərəfindən maraqla qarşılanıb.