Moskvada azərbaycanlını döyüb öldürən 3 tələbə həbs edildi

23 İyun 2014 18:55 (UTC+04:00)

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin Moskva üzrə nümayəndəsi Viktoriya Tsıplenkova deyib.


Onun sözlərinə görə, saxlanılanlar paytaxtın ali məktəblərində oxuyurlar və müvafiq olaraq 17, 20 və 23 yaşları var: "Tələbələrə qarşı ölümə səbəb olan sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddəsi üzrə ittiham irəli sürülüb".


Məhkəmənin 21 iyun tarixli qərarına əsasən, onlar həbs ediliblər.


İstintaqın məlumatına görə, həbs edilənlər iyunun 2-də Moskvada sonradan xəstəxanada ölən 37 yaşlı azərbaycanlıya bədən xəsarətləri yetiriblər.