Namiq və Aygün ayrılığına səbəbkar Oksanadırmı?- ETİRAF
24 İyun 2014 10:43 (UTC+04:00)
Məşhur rəqqasə Oksana Rəsulova yenidən şəxsi həyatı ilə gündəmə
gəlib. Mövqe.az xəbər verir ki, 3 dəfə rəsmi nigaha girən rəqqasə
bunu ilk dəfə "Onlar" da etiraf edib: Bəli 3 dəfə nigahda olmuşam.
Birinci dəfə 17, ikinci dəfə 25 yaşında ailə qurmuşam. Ancaq yeganə
qəbul etdiyim evlilik Elşad Xose ilə olub.
Xalq artisti Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun
ayrılmasında günahlandırılan rəqqasə bu sualı da cavabsız qoymayıb.
Xəbəri təkzib edən rəqqasə bu xəbəri sadəcə şeyə adlandırıb: "Mən
bu suala ümumiyyətlə cavab vermək istəmirəm. Əsassızdı. Mən heç
bilmirəm bu şayələr hardan yaranıb. Konkret olaraq Namiq
Qaraçuxurlu ilə mənim münasibətim olmayıb".