Lənkəranda gəncin ürəyini yardılar

24 İyun 2014 11:15 (UTC+04:00)
Bu gecə saat 02:00 radələrində Lənkəran şəhərində gənclər arasında dava ölümlə nəticələnib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Göyüşaban kəndində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Elnur Rasim oğlu Kişiyev ilə 1991-ci il təvəllüdlü Bəhruz Fəyaz oğlu Mikayılov arasında şəxsi münasibətlər zəmnində dava düşüb. Dava zamanı Elnur Kişiyev bıçağa əl atıb. O, bıçağı Bəhruz Mikayılovun ürəyinə soxub. Bəhruz Mikayılov yeirndəcə dünyasını dəyişib. Polis Elnur Kişiyevi tutub. Hazırda gənclər arasında baş verən mübahisənin səbəbləri araşdırılır.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.