8 ballıq zəlzələ olub!

24 İyun 2014 12:12 (UTC+04:00)

ABŞ-ın Alyaska ştatının qərbindəki Aleutian Adalarında 8 bal böyüklüyündə zəlzələ meydana gəlib. 


Movqe.Az xəbər verir ki, ABŞ Geoloji Araşdırma Quruluşundan edilən şərhdə, Aleutian Adalarında yerli saatla 12.53-də 8 bal gücündə zəlzələ meydana gəldiyi bildirilib. 


Milli Sunami Xəbərdarlıq Mərkəzi tərəfindən edilən ilk şərhdə, zəlzələnin Alyaskada Little Sitkin adasının təxminən 21 kilometr cənub-qərbində meydana gəldiyi və 7,1 böyüklüyündə olduğu bildirilmişdi. 


Milli Sunami Xəbərdarlıq Mərkəzinə görə, zəlzələyə baxmayaraq, Sakit Okeanında dağıdıcı bir sunami təhlükəsi yoxdur.