Ermənilərin Zəngilan fotosessiyası - FOTOLAR

24 İyun 2014 12:05 (UTC+04:00)
Bir dəstə erməni gənci may ayında Azərbaycanın işğal edilmiş Zəngilan rayonuna gediblər və orda müxtəlif cür fotoşəkillər çəkdiriblər. Movqe.az xəbər verir ki, şəkillər sosial şəbəkədə yer alıb. Erməni gənclər Şayıflı kəndinə gedən yolda, Çinar meşəsində, yiyəsiz qalmış Oxçu çayı körpüsündə, Zəngilan şəhərinin dağıdılmış qəbristanlığında şəkillər çəkdiriblər.