Amdam, bu tapıntılardan yola çıxaraq yaşlı arıların yenidən sürfələrlə maraqlandıqları zaman beyinlərinin necə təsirlənəcəyini araşdırdıqlarını bildirib.
Tədqiqatçılar, yuvadan sürfələrlə maraqlanan gənc arıları çıxardıb və yalnız yaşlı arı və sürfələri yuvada saxlayıblar. Bəzi yaşlı arılar qida axtarışa gedib, bəzi yaşlı arılar isə yuva və sürfələrlə maraqlanıb. 10 gün sonra yuvada sürfələrlə maraqlanan yaşlı arıların təxminən yarısının yeni şeylər öyrənmə qabiliyyətinin böyük nisbətdə artdığı məlum olub.
Bu arıların beynində insanlarda da müvcud olan və unutqanlığa qarşı qoruyan "Prx6" ilə digər zülalları qoruyan "şaperon" zülalına da rast gəlinib.
Qro Amdam və qrupu, bu nəticələrin insanların da inkişafında unutqanlığın azaldılmasına ya da qarşısı alınmasına yol aça biləcəyini vurğulayıb. Araşdırma, "Experimental Gerontology" jurnalında nəşr olunub.