Paytaxtdakı gizli fahişəxanalarla bağlı DİN-dən açıqlama
24 İyun 2014 18:03 (UTC+04:00)
Polis vətəndaşların istirahət və əyləncə yerlərinə
əsassız müdaxilə etmir və etmək səlahiyyəti də
yoxdur"
Bunu aktual.az-a Daxili İşlər Nazirliyi mətbuat
xidmətinin rəis müavini Ehsan Zahidov
deyib. E.Zahidov bildirib ki, polis
məsələni həmin əxlaqsız yuvalardan konkret vətəndaş şikayətləri
əsasında araşdıra bilər: "İndiyə kimi
belə obyektlərdən polisə hər hansı şikayət xarakterli müraciət
daxil olmayıb. Şikayət olarsa, əlbəttə, polis gedib araşdırma apara
bilər. Yenə qeyd edirəm ki, hər hansı bir zərərçəkmişin müraciəti
yoxdursa, polisin əsassız müdaxilə etmək səlahiyyəti də
yoxdur".
Rəis müavini qeyd edib ki, mətbuatda belə
xəbərlərin yayılması oranın əxlaqsızlıq yuvası olması demək
deyil:
"Sayt yazırsa, bu, o demək deyil ki, orada insan
alveri ilə məşğul olurlar. Amma bütün bunlara baxmayaraq, mətbuatda
gedən bu səpkili məlumatlar nəzərə alınır".
Xatırladaq ki, aznews.az saytının əməkdaşları
paytaxtda "Sabina" və "Relax" adlı "Masaj salonu" kimi fəaliyyət
göstərən əxlaqsızlıq yuvalarındakı mənzərələri lentə alaraq
ictimaiyyətə təqdim edib.