İki həyat yoldaşı olan və 15 uşaqlı Baş nazir Əl Danının aldığı dairədə hər cür lüks şərait var. 14 yataq otaqlı super lüks dairə, nəhəng bir salon, böyük bir mətbəx, 4 buxarı və 132 şərablıq bir zirzəmiyə sahibdir. 2013-cü ildə tamamlanacaq göydələndə Qatarın Baş naziri Əl Danının 250 milyon dollar ödəyərək 4 dairə daha satın almağı planladığı söylənilir. Qatar baş naziri iki ay əvvəl "Fifth Avenue" və 72-ci küçənin birləşdiyi ərazidə iki dairəni 31.5 milyon dollara almaq istəyib, ancaq bina rəhbərliyi təşkilatı satışı təsdiqləmədiyindən bu mümükün olmayıb.