Sabah da külək olacaq

24 İyun 2014 19:35 (UTC+04:00)

Sabah Bakıda və Abşeron yarımadasında iyunun 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraitinin iyunun 25-i gündüzədək davam edəcəyi, 25-i axşama doğru küləyin tədricən mülayimləşəcəyi gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək. 


Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək. 


Azərbaycanın rayonlarında iyunun 25-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.