Azərbaycanda 20 yaşlı oğlan gecələr ulayır (VİDEO)
25 İyun 2014 10:45 (UTC+04:00)
20 yaşlı gəncin rahatlığı əlindən alınıb. Belə ki, qaş qaralan kimi
gənc dəyişir. Məhz ana oğlu ilə birgə "Adam içində" verilişinə
pənah gətirərək onları haqlayan problemə son qoyulmasını
istəyir.
ANS TV-nin məlumatına görə, 20 yaşlı Turqut İsgəndərov artıq 3
ildir ki, qaş qaralan vaxtı qeyri-adi hərəkətlər etməyə başlayır.
Ənzilə xanım deyir ki, oğlunun belə olmasına səbəb, 3 il bundan
əvvəl gördüyü yuxu olub. Yuxunun təsirilə gecə vaxtı çaya gedib.
Yuxudan ayılan zaman isə özünü su başında görüb.
Turqutun bundan sonra faciəli günləri başlayıb. Hava qaralana yaxın
isə etdiyi hərəkətlərini bilməyən gənc, hətta bir dəfə anasını evdə
qovaraq qapını bağlayıb. Bir neçə dəfə də anasına qolundan xəsarət
yetirib. Hətta, gecələr canavar kimi ulamağa başlayıb.
Xəstəliyilə əlaqədar Turqutun anasi dəfələrlə qonşu ölkələrdə
xəstəxanalarda olub. Hətta, Azərbaycanda da bütün müalicə
ocaqlarına getdiyini deyir. Amma hələ ki, onun övladının dərdinə
əlac edən tapılmayıb. Ana hələ də ümidini itirmir. Onun oğlunu
yenidən həyata qaytaracaq həkimlərin olduğuna inanır.