Erməni əsgər öldürüldü

25 İyun 2014 13:32 (UTC+04:00)

Ötən gecə saat 22:50-də cəbhə xəttində erməni əsgər öldürülüb. 


Anspress-in "Novosti-Armeniya" saytına istinadən verdiyi məlumata görə, öldürülən əsgər 19 yaşlı Armen Avetisyandır. Ermənistan tərəfi əsgərin Azərbaycan tərəfindən açılan atəş nəticəsində öldürüldüyü məlumatını yayıb. 


İnsidentlə bağlı araşdırma aparılır.