Avtobuslarda gediş haqqı artacaq?

25 İyun 2014 16:35 (UTC+04:00)

"İctimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı sahibkarlar dəfələrlə çıxış ediblər. Bununla bağlı Nəqliyyat Nazirliyinə də müraciət ediblər. Müəyyən sahibkarlar var ki, onların məsrəfləri ödənilmir. Ona görə qiymətlərin qalxmasını istəyirlər. Lakin bu məsələ Tarif Şurasının səlahiyyətlərinə aiddir".


Bunu APA-ya açıqlamasında Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.


"Çox pul qazanmaq istəyir. Çünki o da bankdan kredit götürür, avtobus alır. Amma hər halda zəruri addım atmaq üçün iqtisadi əsas olmalıdır. Bu məsələni nə sahibkar, nə də Nəqliyyat Nazirliyi həll edir. Bu ancaq Tarif Şurasının qərarından asılıdır. Təkcə bu qurum qərar qəbul etdikdən sonra qiymətlər qalxa bilər, hətta azala bilər. Bu, bazar iqtisadiyyatıdır", - N.Həsənov deyib.


N.Həsənov xatırladıb ki, nazirlik ötən il qiymətin qalxması ilə bağlı Tarif Şurasına müraciət edib, lakin qurum bunu qəbul etməyib.