İsveçrə Alpları beş alpinistə məzar oldu

4 İyul 2012 17:51 (UTC+04:00)
Movqe.Az "Euronews"a istinadən bildirir ki,  İsveçrənin Valais bölgəsindəki Alp dağlarına dırmaşan 5 alpinist bir neçə yüz metrlik yüksəklikdən yerə yıxılaraq həlak olub. İtaliya sərhədinə 10 kilometr məsafədəki 4 min metrlik "Lagginhorn" zirvəsinə çıxan alpinistlərin xarici olduqları bildirilib. Həlak olan alpinistlərin şəxsiyyətləri hələ təyin olunmayıb.