Dünyada ilk uçan avtomobil sistemi qurulur!

25 İyun 2014 19:18 (UTC+04:00)

İsraildə dünyanın ilk uçan avtomobil sistemi qurulur. Proyekt daxilində İsrail Kosmos və Aviasiya Dairəsinin bağçasında vasitələrin havada qalmasını təmin edəcək 500 metr uzunluğunda maqnetik reys inşa ediləcək.


Sistemi inşa edəcək "skyTran" adlı şirkətə görə sınaq məqsədli bu proyektdə müvəffəqiyyət əldə edilməsi halında ticarətdə tətbiqinə keçiləcək, nəqliyyat üçün kilometrlərlə uzunluqda relslər qurulacaq.


Movqe.Az xəbər verir ki, iki nəfərlik vasitələr, nəqliyyatın sıx olduğu bölgələrdə istifadə ediləcək.


Sınaq məqsədli sistemin 2015-ci ilin sonuna qədər dövrəyə girməsi planlaşdırılır.


Proyekt daxilində sərnişinlər vasitələri ağıllı telefonlarından çağıracaqlar. Vasitələr bildirilən stansiyadan sərnişini alıb ünvana aparacaq.


Sınaq məqsədli sistemdə, vasitələr saatda 70 kilometrə qədər sürət edəcək. Lakin ticarət tətbiqində bu sürətin 240 kilometrə qədər çıxacağı bildirilir.


"SkyTran"in aralarında Hindistan və ABŞ-ın da olduğu başqa ölkələr üçün də oxşar layihələri var.