Dünyanın ən seksual kişisi ilə - FOTO

25 İyun 2014 18:01 (UTC+04:00)

Türkiyəli müğənni Sibel Tüzün saç ustası Nedim Doğulunun Bebekdə açdığı yeni gözəllik salonunun təqdimatı üçün kamera qarşısına keçib. "İstanbul Edition Hotel"in kral dairəsindəki çəkilişlər baş tutub. Fotoqraf Kamal Doğuluya seksual pozalar verən Tüzün kamera qarşısında tək olmadı. Müğənninin tərəf müqabili isə "Manhunt International" yarışmasında dünyanın ən seksual kişisi seçilən Buğra Tuğrul oldu.