Dünya Çempionatı: Ekvador-Fransa – 0:0

26 İyun 2014 11:32 (UTC+04:00)

Dünya Çempionatının "E" qrupu oyununda Fransa ilə Ekvador qarşı-qarşıya gəliblər. Movqe.az xəbər verir ki,qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticə ilə Ekvador yığması dünya çempionatında mübarizəni dayandırıb. Fransa yığması isə qrup mərhələsini lider kimi başa vurub. Fransa növbəti mərhələdə Nigeriya millisi ilə qarşılaşacaq. Məlumat üçün qeyd edək ki, "Marakana" stadionundakı oyun komandaların tarixində ikinci olub. Ekvador və Fransa ilk dəfə 2008-ci ilin mayında yoldaşlıq oyununda qarşılaşıblar. Həmin qarşılaşma Fransa millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.