Təhsil Nazirliyinin ştat işçilərinin sayı azaldılıb

7 Aprel 2012 12:59 (UTC+04:00)

Nazirlər Kabineti Təhsil Nazirliyində ştat işçilərininsayının azaldılması barədə qərar verib. "AzərbaycanRespublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin2011-ci il 27 dekabr tarixli 1941 nömrəli Sərəncamının2.3- bəndinə əsasən AzərbaycanRespublikası Maliyyə Nazirliyinintəklifini nəzərə alaraq Təhsil Nazirliyinin ştat sayı 262-dən 252- endirilib. Bundan başqa, nazirliyinBakı Şəhəri üzrə Təhsil İdarəsinin ştat sayı 115-dən 105-ə qədər azaldılıb.

Qeyd edək ki, qərar artıq qüvvəyə minib.