Suriya tərəfindən vurulan Türkiyə təyyarəsinin pilotlarının meyitləri tapılıb

4 İyul 2012 18:52 (UTC+04:00)
Suriya tərəfindən vurulan və Aralıq dənizinə düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsinin pilotlarının meyitləri tapılıb. APA-nın xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı iyunun 22-də Aralıq dənizi üzərindəki beynəlxalq hava məkanında Suriya tərəfindən vurulan RF-4 tipli təyyarənin pilotları – kapitan Gökhan Ertan və leytenant Həsən Hüseyn Aksoyun meyitlərinin dənizin dibində aşkarlandığını açıqlayıb. Meyitlərin dənizin dibindən çıxarılması üçün işlər davam etdirilir.