İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, paytaxt ərazisində gündüz cənub küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın temperaturu gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə iyunun 27-də əsasən yağmursuz, gecə şimal və qərb rayonlarında şimşək çaxacağı qısa müddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var, qərb küləyi əsəcək, ayır-ayrı yerlərdə arabir güclənəcək .Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.