"Azərbaycanlı qadın spermalarımı oğurlayıb"
26 İyun 2014 16:30 (UTC+04:00)
Azərbaycanlı qadın Türkiyə vətəndaşını məhkəməyə verib.Movqe.az-ın
Türkiyə mətbuatına istinadən məlumatına R.A adlı qadın Ankarada
məhkəməyə müraciət edərək uşaq üçün aliment tələb edib.
Məhkəmə qadının iddiasını qəbul edib və atalıq haqqında proses
başlayıb. K.Y isə DNT testindən keçməkdən imtina edib. Bundan sonra
məhkəmənin qərarı ananın xeyrinə olub və atanın uşağı üçün aylıq
300 lirə aliment verməsi qərarlaşdırlıb.
K.Y. türk məhkəməsi əvəzinə Azərbaycan məhkəməsindən uşağın bioloji
atası olmamasına dair qərar əldə edib. Lakin bu qərarın Türkiyədə
yerinə yetirilməsi üçün lazım olan tanınma haqqında sənədi almayıb.
Bunun üçün də Azərbaycan məhkəməsinin qərarı qəbul edilməyib.
Bu müddət ərzində isə qadın ikinci dəfə məhkəməyə müraciət edərək
alimentin artırılmasını istəyib. Kişi Azərbaycandan aldığı
qərarları məhkəməyə təqdim edərək qadını oğurluqda ittiham edib.
"Bu qadın spermalarımı oğurladı".
Lakin hakim bu dəfə də ananın xeyrinə qərar çıxarıb və alimentin
miqdarı 450 liraya çatdırılıb.