Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin
əməkdaşları "Merac Holdinq"-in rəhbəri Səbuhi Əliyevin tikinti
şirkətlərindən birinin əməkdaşından rüşvət alma görüntüləri
yayılıb.
Şikayətçi bildirib ki, "Merac Holdinq" şirkəti rəhbəri Səbuhi
Əliyevin, yaşayış evlərinin tikintisini onlara həvalə etmək üçün 24
min 480 manat pul istəyib. Şikayətçi deyib ki, Səbuhi Əliyevlə onu
Barat adlı şəxs tanış edib.Daxil olan məlumatı yoxlamaq üçün
əməliyyatçılar şikayətçini Səbuhi Əliyevlə danışıqlar üçün
göndərib. Görüş zamanı onu Barat adlı şəxs qəbul edib və Səbuhi
Əliyevlə görüşdürüb. Görüş zamanı Səbuhi Əliyev tanıdığı vəzifəli
şəxsin köməkliyilə 204 ev inşa edəcəyini bildirib.
İşi icrasına götürmək istəyən tikinti şirkətinin əməkdaşı bu
evlərin tikintisinin onlara hansı şərtlərlə veriləcəyilə
maraqlanıb. Səbuhi Əliyev işə başlamaq üçün 204 mənzilin hər birinə
görə 120 manat avans ödənilməli olduğunu deyib. Şikayətçi tələb
olunan pulu şirkət rəhbərinə verib. Bundan sonra "Merac Holdinq"
şirkətinin rəhbəri Səbuhi Əliyevin iş otağına Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinin əməkdaşları daxil olublar.Səbuhi Əliyev
əməliyyatçılara pulları başqa məqsədlə aldığını desə də, sonradan
əsil həqiqət üzə çıxıb. Daha sonra onun evinə baxış keçirilib.
Evdən külli miqdarda pul, müxtəlif şəxslərə aid şəxsiyyət
vəsiqələri, layihələr və s. sənədlər aşkarlanıb.Faktla bağlı
cinayət işi başlanıb, araşdırma aparılır.