Balakəndə 46 yaşlı kişi göldə boğulub

27 İyun 2014 11:09 (UTC+04:00)

Balakən rayonunda suda boğulma hadisəsi baş verib.


Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Katex kənd inzibati ərazisində balıq yetişdirilməsi üçün yaradılmış süni göldə baş verib.

 

Gölün gözətçisi, rayonun Mahmalar kənd sakini, 1968-ci il təvəllüdlü Aslan Şahavuddin oğlu Qaracayev ehtiyatsızlıqdan gölə düşərək boğulub.

 

A. Qaracayevin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

 

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.