Windows 9-u yükləməyin!

27 İyun 2014 11:15 (UTC+04:00)

Hələ yayımlanmamasına baxmayaraq internetdə Windows 9 adı altında təqdim olunanan fayllar təhlükə saçır. 


Movqe.Az xəbər verir ki, Windows 9-un 2015-ci ilin əvvəlində ortaya çıxması gözlənilmir, lakin buna baxmayaraq fayl paylaşma saytlarında müxtəlif "Windows 9" distributivlərinə rast gəlmək mümkündür. Lakin bunların həqiqi Windows 9 ilə hər hansı bir əlaqəsi yoxdur. Windows 9 bilərək yüklədiyiniz əslində Windows 7 üçün inkişaf etdirilən zərərverici fayllardır.

Windows 9un ödənişli ya ödənişsiz olacağı hələlik bilinmir.