Bu da Xatirənin mayor əri - FOTO

27 İyun 2014 11:36 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, müğənni Xatirə İslam mayor həyat yoldaşı Fəxrəddin bəylə fotosunu sosial şəbəkədə paylaşıb. Həyat yoldaşını Silahlı Qüvvələr günü münasibəti ilə təbrik edən Xatirə öz təbrikini belə bildirib: 


"Başda yoldaşım, cənab mayor Fəxrəddin Musazadə olmaqla, bütün hərbiçilərin Silahlı Qüvvələr günü bayramı mübarək! Yaşasın Azərbaycan ordusu!".