İŞİD 140 kürd uşağı qaçırdı

27 İyun 2014 13:29 (UTC+04:00)

İraq Şam İslam Dövləti (IŞİD) təşkilatının Suriyada 140-dan çox kürd uşağı qaçırdığı iddia edildi. 


Amerika yayım quruluşu CNN-ə danışan Məhəmməd adlı bir uşaq, İŞİD xadimlərinin, 29 mayda məktəbdən evə qayıdan məktəb avtobuslarını dayandırdığını söyləyib. Movqe.Az xəbər verir ki, təşkilatdan qaçmağı bacaran Məhəmmədin iddiasına görə İŞİD uşaqları qaçırıb din və silah təhsili verməyə başlayıb. Təşkilat üzvləri uşaqlara edam videoları izlədib. Məhəmməd, İŞİD-in qaçmağa çalışanları başlarını kəsməklə hədələdiyini söyləyib.