Şou əhli yenə çal-çağır etdi - FOTOLAR

27 İyun 2014 14:54 (UTC+04:00)

Şou əhli yenə bir araya yığılıb oxudu, oynadı… Necə deyərlər vur çatlasın, çal oynasın idi. Milli Silahlı Qüvvələr günü münasibəti ilə bir qrup sənətçi Gənc Tamaşaçılar Teatrında konsert proqramı ilə çıxış etdi. Mövqe.az xəbər verir ki, bu dəfə onlar konserti talessimiyaxəstəliyindən əziyyət çəkən uşaqlara həsr etdilər. Tanınmış bəstəkar Tural Bayraməliyevin təşkilatçılığı ilə baş tutan konsertin ararıcısı şoumen Kamran Həsənli idi. T.Bayraməliyev belə xeyriyyə tədbirlərinə hər zaman ehtiyac olduğunu söylədi: "İnsanlıq naminə belə tədbirlərin sayını artırmaq lazımdır. Bu gözəl missiya ilə yaşamaq hər birimizin borcumuzdur".

Konsertdə tanınmış müğənnilər Lalə Məmmədova, NiyamSəlami, Səidə Sultan, Yaşar Yusubov, meyxanaçı Əşrəf Dərya, rəqqasə Fatimə və onun rəqs qrupu, Roza Zərgərli, Kristal qrupu çıxış etdilər. Azərbaycan bayrağının dalğaları altında salonu coşduran müğənnilər fürsətdən istifadə edib konsert iştirakçılarını Milli Silahlı Qüvvələr günü münasibəti ilə təbrik də etdilər.