Con Kerri Ərəbistanda (FOTO)
28 İyun 2014 11:25 (UTC+04:00)
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Səudiyyə
Ərəbistanına səfər edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi
Con Kerrini Səudiyyə Ərəbistanında kral Abdullah bin Əbdüləziz
qəbul edib.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi olan "SPA" bildirir
ki, kral Abdullahla Kerri Ciddədəki sarayda bir araya gəliblər.
Onlar ikitərəfli münasibətləri, regionda son zamanlar baş verən
prosesləri müzakirə ediblər.
Müsahibənin detalları ilə bağlı məlumat verməyən agentlik, bundan
əvvəlki xəbərində Kerrinin Səudiyyə nümayəndələri ilə İraq və
Suriya böhranını müzakirə edəcəyini bildirmişdi.
Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri Fransanın paytaxtı
Parisdə keçirdiyi görüşlər zamanı verdiyi açıqlamada, İŞİD-in İraq
və Suriyada irəliləyişinin bütün region ölkələri üçün təhlükəli bir
hal olduğunu bildrimişdi.