Unudulması qeyri-mümkün olan etibarlı parol
28 İyun 2014 12:08 (UTC+04:00)
Böyük Britaniyanın York və Qlazqo universitetlərinin alimləri
doqquz təsvirin içindən tanış olan şəxsin sifətinin seçilməsi
vasitəsilə bank hesablarına, telefon və ya internet saytlarına
operativ çıxışı təmin edəcək yeni "FaceLock" parol sistemi
hazırlayıblar.
Movqe.az Mincom.qov.az-a istinadən xəbər verir ki , "Peer J"
jurnalında dərc edilən tədqiqatdan məlum olub ki, "FaceLock" çoxlu
üstünlüklərə malikdir. Ən böyük üstünlüyü isə unudulmuş parolla bir
il istifadə edilməyən sınaq sistemə daxil olmaq imkanıdır.
"FaceLock" qrafik elementlərlə işləyən yeganə parol sistemi deyil.
Belə ki, "Passfaces" sistemi də təklif olunan siyahıdan tanış
fotoşəkli seçməyi tələb edir. Lakin "FaceLock"un böyük bir fərqi
var. Çünki burada hətta tanış insanların şəkilləri daim
dəyişir.
Məsələ ondadır ki, insanlar sifətləri eyni şəkildə tanımırlar. Bir
tərəfdən, təsvirin keyfiyyətindən asılı olmayaraq yüzlərlə insan
arasında tanış şəxsi tapmaq problem deyil, digər tərəfdən, müxtəlif
təsvirlərdə tanış olmayan eyni şəxs müxtəlif insanların obrazı kimi
başa düşülür.
120 könüllünün iştirak etdiyi sınaq bu sistemin fəaliyyət göstərə
biləcəyini sübut edib.
Lakin çox təəssüf ki, "FaceLock" sisteminin yaxın vaxtlarda tətbiqi
nəzərdə tutulmur. Tədqiqatçılar bildirirlər ki, onların gördüyü
işin məqsədi yeni parol sistemi yaratmaq yox, sifətlərin tanınması
texnologiyasını təkmilləşdirməkdən ibarətdir, - "Hi-Tech News"
yazır.